Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. 17 yaşlı Amin Abışov velosipedlə hərəkətdə olan zaman onu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.