Paytaxtın Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 20 kv.m olan tikili tamamilə alışıb. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub.