Xəzər rayonunda narkotik alverçisi tutulub. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Quliyev saxlanılıb. Onun üzərindən 3,5 kiloqram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.