Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində iki avtomobil toqquşub. Qəza nəticəsində 31 yaşlı Rəvanə Nəcəfova xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.