Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 16 avqust taixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Binə Atçılıq və İstirahət Mərkəzinin yaxınlığında qeydə alınıb. 48 yaşlı Yaqut Şahməmmədova yolu keçən zaman onu avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.