Xəzər rayonunda yerləşən yaşayış evində yanğın olub. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb. Nəticədə tikilinin dam örtüyü 10 kv.m sahədə yanıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.