Bakıda Gürcüstan vətəndaşı avtomobillə qadını vuraraq öldürüb. Bu haqda 12 yanvar tarixində Report məlumat verib.
Xəzər rayonunda yanvarın 11-də 60 yaşlı Radə Qəhrəmanova yolu keçən zaman onu Gürcüstan vətəndaşı Renat Nəbiyev idarə etdiyi avtomobillə vurub. Nəticədə qadın hadisə yerində ölüb.
Renat Nəbiyev saxlanılıb və Cinayət Məcəlləsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.