Paytaxtın Xəzər rayonunda yaşayış evində meyit aşkarlanıb. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in əməkdaşları müraciət əsasında evin giriş qapısını qıraraq içəridə 69 yaşlı Çingiz Talıbovun cəsədini aşkar ediblər.
Onlar meyiti aidiyyəti üzrə təhvil veriblər.