Paytaxtın Xəzər rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 8 yanvar tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Şüvəlan, Binə, Qala və Mərdəkan qəsəbələrində ümumilikdə 9 narkotacir saxlanılıb.
Onların arasında şəbəkənin rəhbəri Nemət Behbudov da tutulub. O, şəbəkə üzvlərini hədələyərək onların narkotik maddə satmaqlarını tələb edirdi.