Paytaxtın Xəzər rayonunda yerləşən 3 saylı istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Bakı sakini Fəxriyyə Quliyeva həbsdə olan oğlu Əli Nağıyevə sovqat gətirib. Yoxlama zamanı orada şalvara hopdurulmuş 1,175 qram metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.