Bakının Xəzər rayonunda piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 5 oktyabr tarixində Report məlumat verib.
55 yaşlı İradə Əliyeva yolu keçərkən onu avtomobil vurub. Qadın təcili tibbi yardımın köməkliyi ilə sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.