Bakıda keçmiş məhkum maşın qaçırıb. Bu haqda 11 aprel tarixində Kriminalqafqaz xəbər verib.
Xəzər rayonu, Binə qəsəbəsində F.Hüseynova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Onun avtomobili qəsəbə ərazisində maqnitofonu, səs gücləndiriciləri və pərdələri oğurlanmış vəziyyətdə tapılıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fərrux Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.