Paytaxtın Xəzər rayonunda nəqliyyat vasitəsi yanıb. Bu haqda bu gün, 24 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri alışıb.
Yanğın hadisə yerinə cəlb olunan FHN-nin əməkdaşları tərəfindən söndürülüb. Nəqliyyat vasitəsinin digər hissələrinə ziyan dəyməyib.