Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb. Ümumi sahəsi 120 kv.m olan birmərtəbəli evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.