Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Ev yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.