Bakıda yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən 16 fevral tarixində xəbər verir.
Xəzər rayonunda ümumi sahəsi 80 kv.m olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.