Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli evdə qeydə alınıb. Ümumi sahəsi 56 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin mətbəxində mebel və paltaryuyan maşın yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.