Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb. Tikilinin sanitar qovşağının və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.