Bakıda birmərtəbəli evdə yanğın baş verib. Bu haqda 26 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Xəzər rayonunda ümumi sahəsi 70 kv.m. olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN bölmələri cəlb olunub. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.