Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evlərin birindən oğurluq edilib. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Adıçəkilən ərazidə yerləşən evlərin birindən 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Yardımlı rayon sakini S.Nəzərli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.