Xəzər rayonunda evdən oğurluq edən şəxslər saxlanılıb. Bu haqda 8 fevral tarixində APA məlumat verib.
Fevralın 4-də Mərdəkan qəsəbəsindəki evlərin birindən 600 manat pul, 2000 ABŞ dolları və 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri E.İsmayılov və İ.Abbasov saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.