Bakıda evləri qarət edən oğru saxlanılıb. Bu haqda 18 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Xəzər rayonunda fevralın 16-da torpaq sahəsindən 1500 manat dəyərində 6 tonluq su çəni və bir evdən 600 manat dəyərində məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Quliyev saxlanılıb.
İstintaq zamanı məlum olub ki, Quliyev həmçinin fevralın 12-dən 16-dək olan müddətdə bir evin həyətindən 580 manat dəyərində su nasosunu, avtomobil ehtiyat hissələrini və dəmir boruları oğurlayıb.