Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 3 evdən oöurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
3 evdən ümumilikdə 4150 manat pul və mobil telefon oğurlanıb. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş İ.Mahmudov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.