Bakıda 5 evi qarət edən şəxs saxlanılıb. Bu haqda 22 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xəzər rayonunda müxtəlif vaxtlarda 5 evdən təmir-tikinti alətləri və inşaat materialları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İ.İslamov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.