Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 250 kv.m olan fermanın polietilendən ibarət üzlüyü və döşəməyə səpilən saman 80 kv.m sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.