Bakının Xəzər rayonu ərazisində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
21 yaşlı Rauf Əlizadə yolu keçərkən onu avtomobil vurub. O, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.