Bakıda oğurluq edən şəxs saxlanılıb. Bu haqda 30 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xəzər rayonunda həyətlərin birindən elektrik naqili, dəmir boru, su mühərriki, kompressor və ev əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş R.Qasımov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.