Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində arvadını öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
42 yaşlı Yadigar Cəfərov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirkar, 36 yaşlı Elnarə Musayevanı bıçaqlayaraq öldürmüş, daha sonra isə özünə xəsarət yetirmişdir.