Paytaxtın Xəzər rayonunda birmərtəbəli tikili yanıb. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ümumi sahəsi 150 kv.m olan köməkçi tikili 60 kv.m sahədə alışıb. İçəridə olan 50 baş xırdabuynuzlu heyvan təhlükəsiz əraziyə köçürülüb.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Tikilinin qalan hissəsinə ziyan dəyməyib.