Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən marketlərdən oğurluqlar olub. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, qəsəbə ərazisində yerləşən marketlərin birindəki seyfdən 2000 manat pul, digər marketdən isə 60 manat dəyərində tütün məmulatı oğurlanıb. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməldə şübhəli bilinən paytaxt sakini Daşqın Məmmədov saxlanılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.