Bakının Xəzər rayonu, Binə qəsəbəsində 2 nəfər zəhərlənib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
23 yaşlı Yusif Vəliyev və başqa ünvanda yaşayan eyni yaşlı Əjdər Əliyev yaşadıqları evlərdə dəm qazından zəhərləniblər. Hər iki gənc təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.