Bakının Xəzər rayonunda yerləşən evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 150 kv.m) olan evin ikinci mərtəbəsində qeydə alınıb. Burada mətbəx mebeli, soyuducu və paltaryuyan yanıb. Həmçinin yüksək temperaturdan döşəmə 2 kv.m sahədə qarsalanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.