Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 20 kv.m olan köşkün yanar konstruksiyaları və kondisioner yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.