Bakının Xəzər rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, iyulun 30-da Binə qəsəbəsi ərazisində yerləşən köşklərin birindən 270 manat dəyərində tütün məmulatları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.
Hazırda araşdırma aparılır.