Xəzər rayonunda narkotacir tutulub. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran İsmayılov saxlanılıb. Onun idarə etdiyi “Toyota” markalı avtomobildə 1 kiloqramdan artıq marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.