Bakının Xəzər rayonunda yerləşən kafedə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 220 kv.m olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.