Bakının Xəzər rayonu, Binə qəsəbəsində silahlı şəxs tutulub. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Keçirilən tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Rəşad Həsənov saxlanılıb. Baxış zamanı ondan naqan tipli tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar başlanıb.