Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
40 yaşlı Elvin Məmmədov yaşadığı evin həyətindəki yarımtikilidə zəncirlə özünü asıb. Onun meyiti anası tərəfindən tapılıb.
Mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.