Bakının Xəzər rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mağazaların birindən 4900 manat pul oğurlanıb.
Polis əməkdaşları keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Əzimov saxlanılıb.
Hazırda araşdırma aparılır.