Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 23 fevral tarixində Avtosfer.az məlumat verib.
Mərdəkan yolu, Qala döngəsi deyilən ərazidə sutkanın qaranlıq saatlarında yolu qaçaraq keçən 2 piyadanı sürətlə hərəkətdə olan avtomobil vurub. Qəza nəticəsində hər iki şəxs yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.