Paytaxtın Xəzər rayonu, Albalılıq qəsəbəsində avtoqəza baş verib. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az xəbər verir.
“Kia” markalı avtomobil Maştağa yolunda hərəkət edən zaman geriyə dönüş edən “Ford” markalı mikroavtobusa çırpılıb. Birincinin təhlükəsizlik yastıqları sürücünü xəsarət almaqdan qurtarıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.
[URIS id=28202]