Xəzər rayonunda narkotik alverçisi tutulub. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyat zamanı Bakı şəhər sakini Elçin Əliyev saxlanılıb. Onun üzərində və idarə etdiyi “BMW” markalı avtomobildə ümumilkdə 6 kiloqramdan artıq marixuana aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.