Bakıda qadın yaşadığı evdə qətlə yetirilib. Bu haqda 24 fevral tarixində APA məlumat verib.
Xəzər rayonunda fevralın 23-ü saat 11 radələrində Sevinc Cəfərova yaşadığı evdə tanışı Samir Sadıqov tərəfindən bıçaqlanaraq öldürülüb.
Sadıqov saxlanılıb və faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri aparılır.