Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Bu haqda 19 iyul tarixində Report məlumat verib.
Xəzər rayonu ərazisində bu il fevralın 23-də Samir Sadıqov tanışı Sevinc Cəfərovanı öldürüb.
Sadıqov saxlanılıb və Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə ittiham olunub. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onun cinayət işinə baxılıb və məhkəmənin hökmü ilə Samir Sadıqov 18 il müddətinə azadlıqdan məhrum edilib.