Xəzər rayonunda qəbiristanlıq gözətçisi bıçaqlanıb. Bu haqda 4 dekabr tarixində Report məlumat verib.
Dekabrın 3-də saat 2 radələrində Şağan qəsəbəsində qəbiristanlıqda gözətçi kimi işləyən N.Mikayılovun bıçaqlanması barədə polis bölməsinə məlumat daxil olub. Məlum olub ki, yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Y.Bukidayeva saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.