Bakıda dayanacaqda qadına hücum edən şəxsə hökm oxunub. Bu haqda 13 yanvar tarixində Report məlumat verib.
Xəzər rayonu, Binə qəsəbəsində 2021-ci ilin avqust ayının 27-də əvvəllər məhkum olunmuş Teymur Mirzəyev dayanacaqda avtobus gözləyən qadına hücum edib və ona xəsarətlər yetirərək əl çantasını oğurlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Teymur Mirzəyev 7 il müddətinə azadlıqdan məhrum edilib.