Paytaxtın Xəzər rayonunda hərbi sursat aşkar edilib. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bakının adıçəkilən rayonunda 1 ədəd “RQD-5” əl qumbarası aşkarlanıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Başlıq zərərsizləşdirilərək ərazidən uzaqlaşdırılıb.
Daha sonra həmin əraziyə baxış keçirilib və təhlükəli digər əşya aşkar edilməyib.