Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində rabitə kabeli oğurlanıb. Bu haqda bu gün, 12 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qəsəbədə yaşayan Vasif Ağayev 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metrlik kabeli oğurlamaqda şübhəli bilinir.
O, törətdiyi əməli etiraf edib. Faktla bağlı araşdırma davam edir.