Bakının Xəzər rayonunda yol hərəkəti qaydalarını pozan sürücü qəza şəraiti yaradıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə Binə qəsəbəsində qeydə alınıb. “Toyota Corolla” markalı avtomobilin sürücüsü zolağı dəyişərkən həmin zolaqda hərəkət edən digər maşını sıxaraq qəza şəraiti yaradıb.
Bundan əlavə, bir qədər sonra həmin sürücü yenə yol hərəkəti qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/08/1_11.mp4"][/video]