Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silah-sursat aşkarlanıb. Bu haqda bu gün, 2 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Ş.Rəcəbovun yaşadığı evdən 15 ədəd patron, pnevmatik tapança və patron darağı aşkar edilib.узщке
Bundan əvvəl, 16 noyabr tarixində paytaxt ərazisində hərəkət edən avtomobildən silah-sursat aşkarlanmışdır.